“Spotify”da 1000-dən az yayımı olan mahnılardan pul qazanılmayacaq.

5-04-2024, 17:04           
“Spotify”da 1000-dən az yayımı olan mahnılardan pul qazanılmayacaq.
Dünyanın ən böyük musiqi platformalarından biri olan “Spotify”, platformasına yeni funksiyalar əlavə etməklə tez-tez gündəmə gəlir. Təəssüf ki, platformasına səsli kitablar da gətirən platforma son zamanlar qənaətbəxş olmayan xəbərlərlə qarşılaşıb.

İndex.az xəbər verir ki, 1000-dən az yayımı olan mahnılardan pul qazanılmayacaq.

Aprel ayından etibarən qüvvəyə minən bu qərar platformaya ağ səs-küy və təbiət səsləri yükləyərək asan qazanc əldə etmək istəyənlərə qarşı irəli sürülüb. Şirkət bildirib ki, on milyonlarla mahnı orta hesabla 1 ilə 1000 axın arasında olub və son bir il ərzində ayda 0,03 dollar gəlir əldə edib.

Bildirilir ki, bu kiçik məbləğlər ilin sonuna kimi 40 milyon dollara qədər böyük məbləğə çata bilər. Musiqi nəhəngi “Spotify” bu məbləği 1000-dən çox axını olan digər mahnılar üçün ehtiyatda saxladığı “hovuza” yönəldəcək. Bu yolla o, pula qənaət edəcək. 12 ayda 1000 yayıma çatan mahnılar yenidən pul qazana biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru