PSJ “Real Madrid” ulduzunu Mbappe ilə dəyişə bilər

6-04-2024, 13:24           
PSJ “Real Madrid” ulduzunu Mbappe ilə dəyişə bilər
Fransanın PSJ klubu gələn yay “Real Madrid”ə keçmək ehtimalı olan Kilian Mbappenin əvəzinə həmin komandanın vingeri Vinisius Junioru istəyir.

Məlumata görə, parislilər “Real”a 200 milyon avro ödəməyə hazırdırlar.

Bildirilir ki, İngiltərənin “Liverpul” və “Çelsi” klubları da Vinisiusla maraqlanırlar.

Qeyd edək ki, bu mövsüm Vinisius bütün yarışlarda 28 matçda iştirak edib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.

Transfermarkt portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur. Vinisiusun klubla hazırkı əmək müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru