Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: “Doğru deyil” - FOTO

7-04-2024, 11:42           
Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib:
Braziliya milli futbol komandasının və Kataloniya “Barselona”sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib.

Oxu.Az-ın məlumatına görə, o, bir gün əvvəl “El Periodico”da dərc olunan məqaləyə münasibət bildirib.

“Hansısa mediaya müsahibə verdiyim barədə deyilənlər doğru deyil. Məhkəmə bitənə qədər müsahibə verməyəcəyəm”, - deyə Alveş sosial şəbəkə hesabında yazıb.

Bundan əvvəl nəşr iddia etmişdi ki, Alveş ilk müsahibəsini verib və həbsxana həyatı barədə danışıb, harada olsa da, sağ qalacağını, hər şeyə uyğunlaşdığını deyib.

Xatırladaq ki, keçmiş futbolçu gecə klubunda qıza təcavüz etməkdə günahlandırılaraq 4,5 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin mart ayının sonunda Alves bir milyon avro girov müqabilində sərbəst buraxılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru