Mahir Emrelinin klubu Modriçi almaq üçün qəzetə ELAN VERDİ - VİDEO

7-04-2024, 10:26           
Mahir Emrelinin klubu Modriçi almaq üçün qəzetə ELAN VERDİ - VİDEO
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) maraqlı bir xəbərlə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Zaqreb təmsilçisinin prezidenti Velimir Zayeç "Real"ın ulduzu Luka Modriçi komandasında görmək istədiyi üçün "Marca" qəzetində elan verib.

Daha sonra klubun sosial şəbəkə hesabında qəzetdəki sözügedən elan paylaşılıb.

Qeyd edək ki, Luka Modriç 2002-2008-ci illərdə "Dinamo"da oynayıb. O, daha sonra "Tottenhem"ə transfer olunub. 38 yaşlı futbolçu 2012-ci ildən Madrid təmsilçisinin formasını geyinir. Onun müqaviləsi cari mövsümün sonuna qədərdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru