Səudiyyə Ərəbistanı Superkubokunda görünməmiş hadisə: Azarkeş futbolçunu qamçıladı - FOTO/VİDEO

12-04-2024, 17:47           
Səudiyyə Ərəbistanı Superkubokunda görünməmiş hadisə: Azarkeş futbolçunu qamçıladı - FOTO/VİDEO
Səudiyyə Ərəbistanı Superkubokunda “Əl-Hilal” və “Əl-İttihad” komandaları arasında baş tutan qarşılaşmadan sonra görünməmiş insident yaşanıb.

“Əl-Hilal”ın “Əl-İttihad”a 4:1 hesabı ilə qalib gəldiyi oyunun sonunda tribunada qəribə hadisə baş verib.

Qarşılaşmadan sonra “Əl-İttihad”ın futbolçusu Abderrazzah Hamdallah azarkeşlərdən birinin üzərinə su atıb və azarkeş də əlində olan qamçı ilə Hamdallahı vurmağa başlayıb. Buna çox əsəbiləşən Hamdallah təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.

Qeyd edək ki, ötən gün “Kral Abdullah Sports City Stadium”da keçirilən matçda 4:1 hesabı ilə qalib gələn “Əl-Hilal” ardıcıl 34-cü qələbəsini qazanıb və 4-cü dəfə kuboku əldə edib. Bununla da Səudiyyə Ərəbistanı təmsilçisi bu sahədə dünya rekordunu yeniləyib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru