Dirsəyi ilə rəqibini vuran Ronaldonu hansı cəzalar gözləyir? (VİDEO)

13-04-2024, 18:14           
Dirsəyi ilə rəqibini vuran Ronaldonu hansı cəzalar gözləyir? (VİDEO)
Səudiyyə Ərəbistanı superkubokunun yarımfinal mərhələsində “Al-Hilal”la matçda rəqibini dirsəyi ilə vuran “Al-Nassr”ın superulduzu Kriştiano Ronaldonu gözləyən cəzalar açıqlanıb.
Portuqaliyalı hücumçu ikioyunluq cəzaya və külli miqdarda pul cəriməsinə məruz qala bilər. Bu barədə matçın hakimi Məhəmməd Əl Huveyş açıqlama verib. Onun dediklərinə görə, portuqaliyalı ilə bağlı ən azı bu sanksiya tətbiq edilə bilər. Hələlik qəti qərar olmasa da federasiya “Al Nassr”dan iddialar tələb edib. Klub bu həftəsonuna qədər portuqaliyalı oyunçunun iddialarını çatdırmalıdır. Bazar gününə qədər isə rəsmi heç nə olmayacaq.
Səudiyyə Ərəbistanı superkubokunun yarımfinalının “Al-Hilal”la cavab görüşünün 88-ci dəqiqəsində portuqaliyalı cinahda rəqiblə mübahisə edib. Auta çıxan topu oyuna tez daxil etmək istəyən hücumçu iki dəfə rəqibə dirsəklə vuraraq hakimdən birbaşa qırmızı vərəqə alıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.