Premyer Liqa klubunda BİABIRÇI OLAY

14-04-2024, 10:04           
Premyer Liqa klubunda BİABIRÇI OLAY
Premyer Liqanın 30-cu turu çərçivəsində keçirilən “Qəbələ” - “Turan Tovuz” matçından sonra futbolda nadir hallarda təsadüf edilən hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, oyunun gedişində hesabı açan tərəf ev sahibləri olsa da, sonda qonaqlar qələbəyə sevinib (1:2).

Qeydə alınan növbəti məğlubiyyət “qırmızı-qaralar”ın paltardəyuşmə otağında əsl həngaməyə səbəb olub. Baş məşqçi Kaxaber Sxadadze və futbolçular buraxılan qollara görə Kristof Atanqanaya ciddi iradlar bildirib.

İspaniyalı qapıçı ünvanına səsləndirilən tənqidlərlə razılaşmayıb və cavab qaytarıb.

Bundan sonra gürcüstanlı çalışdırıcı və komanda yoldaşları onun üstünə tökülüşüb. Atanqanı o ki var əzişdiriblər./ Sport.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru