Useyn Bolt karyerasında 9-cu dəfə olimpiya çempionu olub

20-08-2016, 08:49           
Useyn Bolt karyerasında 9-cu dəfə olimpiya çempionu olub
Yamaykalı sprinter Useyn Bolt karyerasında 9-cu dəfə olimpiya çempionu olub.

"Report"un məlumatına görə, Bolt bu uğura 30 yaşının tamamına bir gün qalmış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 4X100 metr məsafəyə estafet qaçışında nail olub.
Heyəti Asafa Pauell, Yohan Bleyk, Nikel Eşmid və Useyn Boltdan ibarət kvartet finişə 37,27 saniyəyə çatıb. Onlar mövsümün ən yaxşı nəticəsini göstəriblər. Yaponiya 37,60 saniyə göstərici ilə gümüş, ABŞ isə 37,62 saniyə nəticə ilə bürünc medala yiyələnib.

Useyn Bolt "Pekin-2008", "London-2012" və "Rio-2016"da estafetlə yanaşı, 100 metr və 200 metr məsafələrə qaçışda da qızıl medal qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru