“El Klasiko”da sevinən tərəf “Real Madrid” oldu - VİDEO

22-04-2024, 10:19           
“El Klasiko”da sevinən tərəf “Real Madrid” oldu - VİDEO
İspaniya La Liqasının 32-ci turunun “Real” və “Barselona” komandalarının qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, komandalar Madriddəki “Santyaqo Bernabeu” stadionunda qarşılaşıblar. “Real” 3:2 hesabı ilə qalib gəlib.

Altıncı dəqiqədə “Barselona”nın müdafiəçisi Andreas Kristensen hesabı açıb. 18-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Vinisius Junior penaltini dəqiq yerinə yetirib. 69-cu dəqiqədə yarımmüdafiəçi Fermin Lopes Martin “Barselona”nı hesabda önə keçirib. “Real” 73-cü dəqiqədə müdafiəçi Lukas Vaskesin səyi ilə hesabı bərabərləşdirib. Meydan sahiblərinə qələbəni 90+1-ci dəqiqədə qola imza atan yarımmüdafiəçi Cud Bellinqem gətirib.
“Real” 2023/2024 mövsümü üçün La Liqanın turnir cədvəlində birinci yeri tutur. Komanda 32 matçda 81 xal toplayıb. “Barselona” isə 70 xalla ikinci yerdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.