Rusiya futbolunun rəhbərliyinə ilk dəfə azərbaycanlı namizəd

24-08-2016, 21:38           
Rusiya futbolunun rəhbərliyinə ilk dəfə azərbaycanlı namizəd
Rusiya Futbol İttifaqının (RFS) prezidenti və İcraiyyə Komitəsi (İK) üzvlüyünə namizədlərin siyahısı təsdiqlənib. "Report"un məlumatına görə, 21 namizəd arasında Rusiya Mini-Futbol Federasiyasının (AMFR) əslən azərbaycanlı prezidenti Emil Əliyev də var.
O, AMFR-ə 2011-ci ildən rəhbərlik edir. E.Əliyev seçiləcəyi halda, İK üzvlüyündə ilk dəfə yer alacaq.
RFS prezidentliyinə isə 4 şəxs - Valeri Qazzayev, İqor Yefremov, Vitali Mutko və Sergey Pryadkinin namizədliyi irəli sürülüb.
Qeyd edək ki, seçkilər sentyabrın 24-də Moskvada keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru