UEFA final oyunlarının hakimlərini AÇIQLADI

14-05-2024, 00:12           
UEFA final oyunlarının hakimlərini AÇIQLADI
UEFA 2023-2024-cü illər mövsümündə avrokubokların final oyunlarına hakim təyinatlarını açıqlayıb.

KONKRET.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasında İspaniyanın “Real Madrid” və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçiriləcək həlledici matçı (1 iyun) sloveniyalı referi Slavko Vinçiç idarə edəcək.

Qadın futbolçular arasında qitənin bir nömrəli klub turnirinin finalı (25 may) ingiltərəli Rebekka Uelşə tapşırılıb. O, İspaniya “Barselona”sının Fransa “Lion”u ilə duelində ədaləti qoruyacaq.

Avropa Liqasında İtaliya “Atalanta”sı ilə Almaniya “Bayer”inin görüşünün (22 may) baş hakimi rumıniyalı İştvan Kovaç olacaq.

Konfrans Liqasında Yunanıstanın “Olimpiakos” və İtaliyanın “Fiorentina” komandaları arasında reallaşacaq qarşılaşma (29 may) isə portuqaliyalı hakim Artur Soareş Diaşa həvalə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru