“Yuventus” klubu yeni formasını təqdim edib - FOTO/VİDEO

17-05-2024, 16:14           
“Yuventus” klubu yeni formasını təqdim edib - FOTO/VİDEO
“Yuventus” klubu 2024/25 mövsümü üçün satışa çıxaracağı formanın təqdimatını keçirib.

Məlumata görə, “qoca sinyora” hər zamankı sadə “ağ-qara” rənglərdən və cizgilərdən istifadə edib.

Formaların satış qiyməti 80 avro (100 dollar) olaraq nəzərdə tutulub. Tam orijinal formanın qiyməti isə 130 avro olacaq (165 dollar).

Qeyd edək ki, forma satışlarına iyul ayının 1-dən start veriləcək.

Mənbə: Goal.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.