Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı - FOTO

19-05-2024, 11:54           
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı - FOTO
Azərbaycan idmançısı Eduard Məmmədov Türkiyənin İstanbul şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunu qazanıb.
Bakupost.az xəbər verir ki, təmsilçimiz 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
E.Məmmədov "master class" kateqoriyasının "Light Contact ve Kick Light" versiyasında 5 döyüş keçirib.
O, finalda İsveç idmançısı Ahlvarsson Olaya qalib gələrək iki qızıl medal qazanıb. Bununla da təmsilçimiz WAKO versiyası üzrə Dünya Kubokunun 11 qat qalibi olub.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru