Türkiyədə klub prezidenti oyunun baş hakiminə hücum edib

19-05-2024, 13:04           
Türkiyədə klub prezidenti oyunun baş hakiminə hücum edib
Türkiyə Superliqanın 37-ci turunda baş tutan "Konyaspor" "Kayserispor" oyununda gərginlik yaşanıb.

Belə ki, hakimin oyunun 17-ci dəqiqəsində "Kayserispor"un futbolçusuna qırmızı vərəqə göstərməsindən hiddətlənən klubun prezidenti Əli Çamlı meydançaya enərək hakimin üzərinə şığıyıb.

Yalnız stadionun təhlükəsizlik qüvvələrinin məsələyə qarışmasından sonra klub prezidentini sakitləşdirmək mümkün olub.

Meydanda baş verən hadisə ilə əlaqədar qarşılaşma təxminən doqquz dəqiqə dayanıb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru