Messi və Pikeyə qarşı ağır iddia qaldırıldı

22-05-2024, 17:08           
Messi və Pikeyə qarşı ağır iddia qaldırıldı
"Barselona"nın keçmiş futbolçuları Lionel Messi və Jerar Pike, həmçinin İspaniya Kral Futbol Federasiyasının sabiq rəhbəri Luis Rubiales və UEFA prezidenti Aleksander Çeferin koronavirus pandemiyası zamanı Avropa Futbol Assosiasiyaları İttifaqının maliyyə vəsaitlərinin mənimsənilməsində iştirak ediblər.

İddialara görə, bu şəxslər arasında koronavirus pandemiyası ilə əlaqədar yaranan əməkhaqlarının azaldılmasını kompensasiya etmək üçün UEFA-nın vəsaitlərini futbolçulara "yönləndirmək" cəhdlərini göstərən mesajlar və audio yazılar aşkarlanıb.

Rubiales UEFA vəsaitlərindən istifadə edərək futbolçuların maaşlarının ödənilməsi ideyasını təklif edib. Rubialesin sözlərinə görə, Messi və Pike ona deyiblər ki, heç kim onların maaşlarının azaldılmasından narazılıq etdiyini bilməsin.

Mənbə: championat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.