Mbappenin “Real”a keçməsi “Barsa”ya necə təsir edəcək?

23-05-2024, 09:34           
Mbappenin “Real”a keçməsi “Barsa”ya necə təsir edəcək?
“Barselona”nın hücumçusu Robert Levandovski fransalı hücumçu Kilian Mbappe barədə danışıb.

Publika.az xəbər verir ki, polşalı forvard fransalı həmkarının Kataloniya klubunun əsas rəqibi olan “Real”a keçmə ehtimalı ilə bağlı fikirlərini bildirib:

“”Real” Mbappe ilə qorxuludurmu? Hələ rəsmi olaraq heç nə deyilməyib, amma deyəsən bütün yollar Madridə aparır. O, inanılmaz oyunçudur və “Real”a keçsə, çox güclü komanda olacaq.

Bununla belə, mentalitetimiz belə olmalıdır ki, rəqib nə qədər yaxşı olsa da, komanda şəklində çalışsaq, onlara qalib gələ bilərik.

İlk oyundan, ilk dəqiqələrdən hazır olmalıyıq. “Real”a əlbəttə ki, vaxt lazımdır. Onlar turnirin əvvəlində yaxşı oynamayacaqlar, xal itirəcəklər və biz bundan yararlanmalıyıq. Onlara yetişmək üçün yox, onları ötmək üçün çalışmalıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru