"Kişilər hər sahədə qadınlardan üstündür" deyənlərin nəzərinə - Qadın rekord vurdu

24-05-2024, 09:29           
"Kişilər hər sahədə qadınlardan üstündür" deyənlərin nəzərinə - Qadın rekord vurdu
Alpinist mayın 22-də saat 15:52-də zirvəyə qalxmağa başlayıb və ertəsi gün saat 06:23-də zirvəyə çatıb.
Nepallı alpinist qadın Pxundjo Djxanqmu Lama Everest zirvəsini fəth edən ən sürətli qadın olaraq dünya rekordu vurub.
Bu məqsədə çatmaq üçün ona 14 saat 31 dəqiqə lazım olub. Alpinist mayın 22-də saat 15:52-də zirvəyə qalxmağa başlayıb və ertəsi gün saat 06:23-də zirvəyə çatıb.
"Mən zirvəyə qalxmağımı qadınların hüquq və səlahiyyətlərinin artırılmasına, dağ ətraf mühitinin qorunmasına və bütün dünyada sülhə həsr etmək istəyirəm", - deyə o bildirib.
Qeyd edək ki, bu, Pxundjo Djxanqmu Lamanın Everestin zirvəsinə qalxmaq üçün ilk cəhdi deyil. 2018-ci ildə o, Everesti 39 saat 6 dəqiqəyə fəth edib.
Kişilər arasında Everestə ən sürətli qalxma rekordu isə Nepaldan olan Pemba Dordjeyə məxsusdur. O, 2004-cü ildə dünyanın ən yüksək zirvəsini 8 saat 10 dəqiqəyə fəth edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru