Arda Turan millidən uzaqlaşdırıldı — Terim qərar verdi

27-08-2016, 00:54           
Arda Turan millidən uzaqlaşdırıldı — Terim qərar verdi
Türkiyə millisinin Rusiya və Xorvatiya ilə oynayacağı qarşılaşmalar üçün heyəti açıqlanıb.

teref.az xəbər verir ki, yığmanın baş məşqçisi Fatih Terim sürpriz qərarı ilə yadda qalıb.

Belə ki, təcrübəli çalışdırıcı Arda Turan, Burak Yılmaz, Səlçuk İnan, Hakan Balta, Gökhan Gönül, Caner Erkin kimi aparıcı futbolçulara dəvət göndərməyib.

Milliyə cəlb edilən futbolçular isə aşağıdakılardı:

Harun Təkin ("Bursaspor”), Onur Kıvrak ("Trabzonspor”), Volkan Babacan ("Başakşəhərspor”), Əhməd Oğuz ("Gəclərbirliyi”), Şənər Özbayraqlı ("Fənərbaxça”), Əhməd Çalık ("Gənclərbirliyi”), Çağlar Söyüncü ("Frayburq”, Almaniya), Kaan Ayhan ("Şalke”, Almaniya), Sərdar Əziz ("Qalatasaray”), Həsən Əli Kaldırım ("Fənərbaxça”), İsmayıl Köybaşı ("Fənərbaxça”), Hakan Çalhanoğlu ("Bayer”, Almaniya), İrfan Kahveci ("Gənclərbirliyi”), Mehmet Topal ("Fənərbaxça”), Nuri Şahin ("Borussiya”, Almaniya), Oğuzhan Özyaqub ("Beşiktaş”), Okay Yoxuşlu ("Trabzonspor”), Ozan Tufan ("Fənərbaxça”), Salih Uçan ("Fənərbaxça”), Əmrə Mor ("Borussiya”, Almaniya), Gökhan Törə ("Vest Hem”, İngiltərə), Çengiz Ündər ("Başakşəhərspor”), Olcay Şahan ("Beşiktaş”), Volkan Şən ("Fənərbaxça”), Cenk Tosun ("Beşiktaş”), Enes Ünal ("Tvente”, Hollandiya), Yunus Mallı ("Maynts”, Almaniya). (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru