PSJ Mbappenin hesabını blokladı - Maaşını ala bilmir 30-05-2024, 09:14 "Paris Sen-Jermen" klubu Kilian Mbappenin hesabını bloklayıb.Bu barədə "L`Equipe" nəşri yazıb.Qeyd olunub ki, PSJ ilə müqaviləsini yeniləməyən fransız ulduzu klub tərəfindən kənarlaşdırılır.Belə ki, nəşr Mbappenin maaşının bloklandığını və futbolçunun bankdan pulunu çıxara bilmədiyi yazıb.Məlumata görə, futbolçunun aprel maaşı və fevral ayı bonusu bloklanıb. Facebook-da paylaş