Avropa çempionu futboldan getdi

30-05-2024, 15:14           
Avropa çempionu futboldan getdi
İtaliyalı müdafiəçi Leonardo Bonuççi peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib.

O, bu barədə "Instagram" səhifəsində məlumat verib.

Qeyd edək ki, Bonuççinin 37 yaşı var. O, karyerasının böyük hissəsini "Yuventus"da oynayıb, komanda ilə səkkiz dəfə İtaliya çempionu olub, dörd dəfə ölkə kubokunu, beş dəfə isə Superkuboku qazanıb.

Bonuççi "İnter"lə daha bir İtaliya çempionu titulunu qazanıb. O, həmçinin müxtəlif vaxtlarda İtaliyanın "Milan", "Treviso", "Bari", "Cenoa" və "Piza" klublarında çıxış edib. Müdafiəçi 2023/24 mövsümünə Almaniya "Yunion"unda başlayıb, daha sonra Türkiyə "Fənərbağça"sına keçib.

Bonuççi İtaliya millisində 121 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə verib. 2021-ci ildə müdafiəçi Avropa çempionu olub, bundan əvvəl qitə çempionatında gümüş (2012), həmçinin Konfederasiyalar Kubokunda (2013) və Millətlər Liqasında (2021, 2023) bürünc medallar qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru