UEFA Konfrans Liqasının qalibi məlum oldu

30-05-2024, 16:04           
UEFA Konfrans Liqasının qalibi məlum oldu
UEFA Konfrans Liqasında kubok sahibinin adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, final görüşündə "Olimpiakos"la (Yunanıstan) "Fiorentina" (İtaliya) klubları qarşılaşıblar.

Afinada baş tutan matçı portuqaliyalı hakimlər briqadası idarə edib.

Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatdığından, qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac yaranıb.

Artırılmış 30 dəqiqənin 26-ci dəqiqəsində "Olimpiakos"un mərakeşli futbolçusu Əyyub əl-Kaabinin dəqiq zərbəsi yunan klubuna mükafatı qazandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru