Messinin qolu “İnter Mayami”ni xilas etmədi – VİDEO
30-05-2024, 12:38
MLS-də növbəti turun oyunları keçirilib.
Fanat.az xəbər verir ki, Lionel Messinin çıxış etdiyi “İnter Mayami” evdə “Atlanta”ya 1:3 hesabı ilə uduzub.
Meydan sahiblərinin yeganə qolunu Serxio Busketsin ötürməsindən sonra məhz argentinalı hücumçu Messi vurub. Qonaqların heyətində gürcü Saba Lobjanidze dubla imza atıb.
Məğlubiyyətə baxmayaraq, Devid Bekhemin komandası 17 matçdan sonra 34 xalla turnir cədvəlinə başçılıq edir.