Azərbaycanın qadın basketbolçusu oyunda ciddi zədə alıb
3-06-2024, 11:04
3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinin oyunları çərçivəsində Azərbaycan millisinin üzvü zədələnib.
Gununsesi.info xəbər verir ki, Portuqaliya ilə keçirilən matçda yığmamızın üzvü Dina Ulyanova ayağından ciddi xəsarət alıb və oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, qarşılaşma 21:13 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.