“Fənərbaxça” Joze Mourinyo ilə müqavilə imzalayıb –FOTO

3-06-2024, 11:08           
“Fənərbaxça” Joze Mourinyo ilə müqavilə imzalayıb –FOTO
“Fənərbaxça”nın anlaşaraq İstanbula gətirdiyi Joze Mourinyo “Şükrü Saraçoğlu Stadionu”nda 45 min azarkeş qarşısında 2+1 illik rəsmi müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, Mourinyo və Ali Koç birlikdə tribunaları salamlayıb və mərasimdə açıqlamalar veriblər.

Koç, “O, şübhəsiz ki, dünya tarixinin ən yaxşı 5 məşqçisindən biridir” deyib. Mourinyo isə, “Futbol sizin və bizim üçün bir ehtirasdır. Hiss edirəm ki, bu həvəsi hiss edə biləcəyim bir yerdəyəm. Sizin arzularınız mənim arzularımdır”, – deyib.

Qeyd edək ki, İstanbul təmsilçisi təcrübəli mütəxəssisə verəcəyi maaş haqda məlumat verməyib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru