“Orada iki il oynasam, bir qalaq pul qazanaram” – De Bröyne
5-06-2024, 00:06
“Mançester Siti”nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bröyne iş yerini dəyişə biləcəyini istisna etməyib.
Fanat.az xəbər verir ki, HLN ulduz futbolçunun sözlərini belə çatdırıb:
“Mançester Siti” ilə bir illik müqaviləm var. Ona görə də gələcək barədə düşünməliyəm. Mənim yaşımda artıq hər şeyə açıq olmaq lazımdır. Söhbət karyeramın sonlarında qazana biləcəyim inanılmaz məbləğlərdən gedir. Hərdən bu haqda fikirləşirəm. Mən Səudiyyə Ərəbistanında iki il oynasam, bir qalaq pul qazanaram. Artıq 15 ildir futbol oynayıram, amma ola bilsin ki, indiyə qədər orada əldə edə biləcəyim qədər pul qazanmamışam. Onu da deyim ki, hazırda qərarımı verməmişəm”.
Qeyd edək ki, bu ayın sonunda 33 yaşı olacaq De Bröyne 2015-ci ildən “Siti”nin uğurları üçün çalışır.