Basketbolçularımızdan ardıcıl üçüncü qələbə

9-06-2024, 08:34           
Basketbolçularımızdan ardıcıl üçüncü qələbə
Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində üçüncü oyununa çıxıb.

"Cebhe.info" xəbər verir ki, Priştina şəhərində təşkil olunan mərhələdə yığma Kiprlə qarşılaşıb. Görüş millimizin 21:16 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma bu gün keçirdiyi digər görüşlərdə Ermənistana 21:9, Kosovoya isə 14:10 hesabı ilə qalib gəlib.

Komandamız bu gün daha bir matç keçirəcək. Milli Bakı vaxtı ilə saat 23:45-də Albaniya ilə qarşılaşacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.