“Qarabağ”ın ulduzu üçün 4 milyon avro!

9-06-2024, 11:34           
“Qarabağ”ın ulduzu üçün 4 milyon avro!
Yeni baş məşqçi təyinatı gerçəkləşdirən “Beşiktaş” ilk transferini “Qarabağ”dan edə bilər.

“A Bola” nəşrinə istinadən xəbər veririk ki, “qara-ağlar” Leandro Andrade üçün hərəkətə keçib. Klub portuqaliya əsilli yarımmüdafiəçinin meneceri ilə görüşlərdə irəliləyiş əldə edib, bundan əlavə Ağdam təmsilçisi ilə də danışıqlara başlayıb.

Bildirilir ki, Türkiyə klubu Andradenin 4 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, 2023-24 mövsümündə 11 qola imza atan Leandro Andradenin “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru