Polisdən İngiltərə yığmasının oyunçularına xəbərdarlıq

10-06-2024, 15:58           
Polisdən İngiltərə yığmasının oyunçularına xəbərdarlıq
Britaniya polisi və təhlükəsizlik rəsmiləri İngiltərə milli komandasının oyunçularına məlumat verib və onlara AVRO 2024-də mübarizə apararkən evlərinin qarət oluna biləcəyini deyib.

Məlumata görə, hüquq-mühafizə orqanları futbolçulara Almaniyada olduqları müddətdə evlərinin təhlükəsizliyini təmin etmək üçün etməli olduqları hərəkət mexanizmini izah edib.

İngiltərədə çıxış edən futbolçuların evlərinin bir neçə dəfə qarət edilməsi hadisəsindən sonra bəzi futbolçuların evlərində təhlükəsizlik sistemini gücləndirdiyi vurğulanır.

Məsələn, bundan əvvəl "Mançester Siti"nin vingeri Cek Qriliş və "Nyukasl"ın hücumçusu Aleksandr İsakın evləri qarət edilib.

Mənbə: championat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.