Ronald Kuman: Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi

17-06-2024, 10:24           
Ronald Kuman: Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi
Ronald Kuman: Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi
Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi.

Bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Polşa ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

"Vaut Veqhorstun oynaması komandamıza töhfə verdi. Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi. Yaxşı ki, ikinci qolu vurub qalib gələ bildik. Bir çox imkanları boşa xərclədik. Kodi Qakponun da çıxışını xüsusi vurğulamaq istərdim. O, topla daha çox oynamalıdır".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün D qrupunun ilk matçında Niderland Polşa yığmasına 2:1 hesabı ilə qalib gəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.