“Real”ın müdafiəçisi “Napoli”yə keçdi

5-07-2024, 10:24           
“Real”ın müdafiəçisi “Napoli”yə keçdi
“Real Madrid”in müdafiəçisi Rafa Marin karyerasını “Napoli”də davam etdirəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq klublar transferlə bağlı razılığa gəliblər.

Müqaviləyə 22 yaşlı ispaniyalının geri alınması variantı da daxil olacaq.

Qeyd edək ki, Marin “Real Madrid”in yetirməsidir. O, ötən mövsüm “Alaves”də icarə əsasında çıxış edib. Müdafiəçi komandanın heyətində 35 oyun keçirib, heç bir qol vurmayıb.

Marinin “Real”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı onun dəyərini 7,5 milyon avro qiymətləndirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.