Konor Makqreqor mərcə girdi, 1.6 milyon dollardan çox pul qazandı

8-07-2024, 12:18           
Konor Makqreqor mərcə girdi, 1.6 milyon dollardan çox pul qazandı
35 yaşlı irlandiyalı qarışıq döyüş sənətçisi, yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqor Xorxe Masvidal və Neyt Diaz arasında keçirilən boks görüşündən 1.625 milyon dollar qazandığını açıqlayıb.

"Mən Diazın boks matçında qalib gəlməsi üçün 500 min dollar mərc etmək qərarına gəldim. 500 min dollar mənə 1.625 milyon dollar şəklində qayıtdı", - Makqreqor özünün "X" sosial şəbəkə hesabında yazıb.

Döyüş bütün 10 raund boyu davam edib və hakimlərin səs çoxluğu ilə Neyt Diazın qələbəsi ilə yekunlaşıb.
https://twitter.com/TheNotoriousMMA/status/1809712386128986250?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1809712386128986250%7Ctwgr%5E20473c646d534f325b9fdf481287276e66e698c4%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fidman%2Fkonor-makqreqor-merce-girdi-1-6-milyon-dollardan-cox-pul-qazandi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru