Dünyada yeganə olan 2,3 milyon dollarlıq avtomobil startdan üç saniyə sonra qəzaya uğradı

13-07-2024, 16:58           
Dünyada yeganə olan 2,3 milyon dollarlıq avtomobil startdan üç saniyə sonra qəzaya uğradı
Dünyada cəmi bir nüsxə olan 2,3 milyon dollar dəyərindəki "Lotus Evija X" hiperkarı yarışın başlamasından üç saniyə sonra qəzaya uğrayıb.

Bu unikal superkar Qudvud Sürət Festivalı zamanı startdan dərhal sonra divara çırpılıb.

Avtomobilin təkərləri sürüşməyə başlayıb və nəticədə sürücü idarəetməni itirib.

Bildirilir ki, sürücünün sağlamlığı üçün təhlükə yoxdur. Superkara gəlincə, onun ön hissəsindəki bəzi hissələr zədələnib.

"Lotus Evija X" Britaniya brendi tərəfindən 2023-cü ildə yaradılmış unikal konsept avtomobildir. O toplam 2039 at gücü hasil edən dörd elektrik mühərrikinə malikdir. Avtomobilin maksimal sürəti 349 km/saatla məhdudlaşdırılıb.
championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru