Nketia “Arsenal”ı bu kluba dəyişir – Danışıqlar başladı

21-07-2024, 11:48           
Nketia “Arsenal”ı bu kluba dəyişir –
“Arsenal”ın hücumçusu Eddi Nketia İngiltərə klubunu tərk edə bilər.

Fanat.az xəbər verir ki, məlumatı şəxsi “X” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, onun xidmətində maraqlı olan “Olimpik Marsel” “topçular”a təklif göndərib və tərəflər hazırda danışıq aparırlar.

Nketia 8 yaşından – 2015-ci ildən “Arsenal”ın strukturundadır. Son mövsümdə London təmsilçisinin forması ilə bütün turnirlərdə 37 matça çıxan forvard 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı Eddinin transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru