Zlatan İbrahimoviç Pulişiç və Rafael Leaoya xəbərdarlıq edib - SƏBƏB

7-08-2024, 09:17           
Zlatan İbrahimoviç Pulişiç və Rafael Leaoya xəbərdarlıq edib - SƏBƏB
"Milan" klubunda məsləhətçi vəzifəsində çalışan Zlatan İbrahimoviç Pulişiç və Rafael Leaoya ciddi xəbərdarlıq edib.

Goal.com xəbər verir ki, Zlatan futbolçulara mən "uşaq baxıcısı deyiləm, bir az böyüyün və məsuliyyətinizi dərk edin" deyib.

Futbolçunun bunu deməsinin səbəbi isə Pulişiç və Rafael Leaonun komanda daxilində özlərini uşaq kimi aparması olub.

Qeyd edək ki, İbrahimoviç komandanın yeni mövsümdə qalib gəlməsini istədiyi üçün futbolçulara ciddi tapşırıqlar verdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru