Avstraliyalı idmançı Olimpiadada kokain alarkən saxlanıldı

8-08-2024, 15:44           
Avstraliyalı idmançı Olimpiadada kokain alarkən saxlanıldı
Bildirilib ki, Fransanın paytaxtında keçirilən Oyunlarda ölkəsinin otüstü xokkey üzrə Olimpiya yığmasını təmsil edən idmançı kokaini şəhərin 9-cu rayonunda alıb.Avstraliyalı idmançı Tomas Kreyq Parisdə kokain aldıqdan sonra polis tərəfindən saxlanılıb. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Bildirilib ki, Fransanın paytaxtında keçirilən Oyunlarda ölkəsinin otüstü xokkey üzrə Olimpiya yığmasını təmsil edən idmançı kokaini şəhərin 9-cu rayonunda alıb.
Polis onu cinayət başında yaxalayıb və 1 qram kokain götürüb. 28 yaşlı avstraliyalı və ona qanunsuz maddə satan 17 yaşlı satıcı həbs edilib.
Xatırladaq ki, Avstraliyanın otüstü xokkey komandası Olimpiadanın 1/4 finalında mübarizəni dayandırsa da, Parisdə olmaqda davam edərək Oyunların bağlanış mərasimini gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru