“Çelsi”nin futbolçusu İtaliya klubuna transfer oluna bilər

12-08-2024, 10:54           
“Çelsi”nin futbolçusu İtaliya klubuna transfer oluna bilər
“Çelsi”nin futbolçusu İtaliya klubuna transfer oluna bilər
İngiltərənin “Çelsi” klubunun vingeri Rahim Sterlinq İtaliya A Seriyası təmsilçisi “Yuventus”a transfer oluna bilər.

İtaliya mətbuatına istinadən xəbər veririk ki, hazırda Turin klubu ilə futbolçu arasında müqavilənin detalları haqda müzakirələr aparılır.

Baş məşqçi Enzo Mareskanın planlarına daxil olmayan İngiltərə millisinin üzvü komandanı tərk etmək niyyətinə düşüb.

Qeyd edək ki, 29 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 43 matçda, 10 qola, 8 məhsuldar ötürməyə imza atıb. Futbolçunun “Çelsi” klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru