Bir milyard avro yetərli olmadı: Vinisius Junior Səudiyyə Ərəbistanı klubunun təklifini rədd etdi

13-08-2024, 11:38           
Bir milyard avro yetərli olmadı: Vinisius Junior Səudiyyə Ərəbistanı klubunun təklifini rədd etdi
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu braziliyalı futbolçu Vinisius Juniorun transferi üçün İspaniya təmsilçisi "Real Madrid"ə bir milyard avro təklif etsə də, futbolçu qəbul etməyib.

Oxu.Az xəbər verir ki, ulduz futbolçu "Kral" klubunda xoşbəxt olduğunu və ayrılmaq istəmədiyini bildirib.

Dünya futbolu tarixində rekord məbləğdə təklifi qəbul etməyən Vinisius Hunior "Real Madrid"in puldan üstün olduğunu deyib.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən Madrid təmsilçisinin formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 39 matçda 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru