“Barselona”nın iki ulduzu zədələndi

14-08-2024, 07:54           
“Barselona”nın iki ulduzu zədələndi
Joan Qamper Kuboku uğrunda oyunda “Monako”ya 0:3 hesabı ilə uduzan “Barselona”nın iki futbolçusu zədələnib.

Fanat.az “Diario Sport”a istinadən xəbər verir ki, Robert Levandovski və İlkay Gündoğan Fransa təmsilçisi ilə görüşdə xəsarət alıblar.

Birinci hissədə hava mübarizəsindən sonra əlinin üstünə yıxılan Levandovski əvəzlənibsə, türk əsilli almaniyalı 64-cü dəqiqədə başına dəyən diz zərbəsi nəticəsində oyunu davam etdirə bilməyib.

Qeyd edək ki, “Barselona” avqustun 17-də La Liqada yeni mövsümün ilk matçına çıxacaq. Kataloniya komandası “Valensiya” ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru