"Bavariya"nın futbolçusu "Mançester Yunayted"ə keçdi

14-08-2024, 10:19           
"Bavariya"nın futbolçusu "Mançester Yunayted"ə keçdi
"Mançester Yunayted" daha əvvəl "Bavariya"da çıxış etmiş 25 yaşlı mərkəz müdafiəçisi Mattis de Liqt ilə müqavilə imzaladığını açıqlayıb.
Championat.com xəbər verir ki, "qırmızı şeytanlar" de Liqti 45+5 milyon avroya alıblar.

Niderlandlı müdafiəçi 2022-ci ildən Almaniya nəhəngində çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 73 oyun keçirib (beş qol və iki məhsuldar ötürmə).

Futbolçunun Münhen klubu ilə son əmək müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi.

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru