"Penaltilər seriyasından əvvəl qapıçını tənqid etdim" - Rəşad Sadıqov

16-08-2024, 07:20           
"Penaltilər seriyasından əvvəl qapıçını tənqid etdim" - Rəşad Sadıqov
"Penaltilər seriyasından əvvəl qapıçımız Tiaqo Silvanı tənqid etdim".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Bakıda Xorvatiyanın "Osiyek" komandasına penaltilər seriyasında qalib gəldikləri (əsas və əlavə vaxt: 2:2) UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanın çox gərgin keçdiyini bildirib:
"Futbolçular çətinliyin öhdəsindən gəldilər. Onlarla fəxr edirəm. Azarkeşləri və futbol ictimaiyyətini təbrik edirəm. Penaltilər seriyasından əvvəl qapıçını tənqid etdim. Aqressivləşməsi üçün bu addımı atdım. "Şerif"lə oyunda penaltilər seriyasından narazı qaldığımı demişdim. 4 penalti qurtarmaq asan məsələ deyil. Bunun öhdəsindən gəldi".

Sadıqov pley-offda üz-üzə gələcəkləri Kiprin "Omoniya" klubu haqqında danışıb:

"Hər bir baş məşqçi avrokuboklarda qrupa düşmək istəyir. Rəqib haqqında elə də çox məlumatım yoxdur. III təsnifat mərhələsində Macarıstanın "Fehervar" kollektivi ilə matçlarına baxmışam. Qrup mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru