Şotlandiya millisinin sabiq baş məşqçisi ağır xəstəliyə yoluxub

11-09-2024, 16:14           
Şotlandiya millisinin sabiq baş məşqçisi ağır xəstəliyə yoluxub
Şotlandiya yığmasının sabiq baş məşqçisi Corc Burli ağır xəstəliyə yoluxub.

Bu barədə onun vaxtilə formasını geyindiyi İngiltərənin "İpsviç" klubu məlumat yayıb.

Premyer Liqa təmsilçisi mütəxəssisin xərçəng xəstəliyindən müalicə olunduğunu açıqlayıb.

68 yaşlı şotlandiyalı "İpsviç"in əfsanəsi hesab olunur. Keçmiş müdafiəçi 1973-1985-ci illərdə bu klubda çıxış edib və ümumilikdə 500 oyun keçirib. C.Burli həmçinin 1994-2002-ci illərdə "İpsviç"də baş məşqçi kimi də fəaliyyət göstərib.

Qeyd edək ki, mütəxəssis 2008-2009-cu illərdə Şotlandiya millisini çalışdırıb. Ona bu ilin əvvəlində xərçəng diaqnozu qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru