Yusuf Dikeçin qazandığı pul mükafatı açıqlanıb

12-09-2024, 11:59           
Yusuf Dikeçin qazandığı pul mükafatı açıqlanıb
Olimpiya Oyunlarında Türkiyəyə damğasını vuran ad 10 metr pnevmatik tapançadan qarışıq komanda növündə Şevval İlayda Tarhanla birlikdə gümüş medal qazanan milli atıcı Yusuf Dikeç olub.

Peşəkar avadanlıqdan istifadə etməyən və digər idmançılardan fərqli olaraq rahat bir rəftarda Dikeçin verdiyi poza dünyanın bir çox idmançısı tərəfindən təqlid edilərkən, 51 yaşlı idmançıya verilən pul mükafatının miqdarı da açıqlanıb.

Yusuf Dikeç və Şevval İlayda Tarhan komanda idman növündə gümüş medal qazandıqları üçün hər bir idmançıya 300 respublika qızılı dəyərində ödəniş edilib.

Belə ki, Yusuf Dikeç təxminən 5,5 milyon lirə dəyərində pul mükafatı almağa haqq qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru