“Mançester Siti”nin futbolçusu mobil telefon oğurladığı üçün həbs edilib

3-10-2024, 10:34           
“Mançester Siti”nin futbolçusu mobil telefon oğurladığı üçün həbs edilib
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Mateus Nunyes mobil telefon oğurladığı üçün həbs edilib.

”El Mundo” nəşrinə xəbər verir ki, hadisə sentyabrın 8-də İspaniyanın paytaxtı Madriddə yerləşən gecə klublarının birində qeydə alınıb.

Nunyes tualetdə olarkən 58 yaşlı kişinin telefonunu əlindən alıb. Şahidlərin sözlərinə görə, zərərçəkmiş şəxs oyunçunun şəklini çəkməyə çalışıb, buna çox əsəbiləşən 26 yaşlı yarımmüdafiəçi isə telefonu geri verməyəcəyini bildirərək onu mənimsəyib.

Zərərçəkmiş polislə əlaqə saxlayıb və hüquq-mühafizə orqanları cihazı oyunçunun üzərində aşkar edərək onu saxlayıblar. Futbolçu daha sonra zaminə buraxılıb.

Qyed edək ki, Mateus Nunyes 2023-cü ildən “Mançester Siti”də çıxış edir. O, cari mövsüm 6 oyunda meydana çıxıb və 1 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru