Karpin "partladı": "20 ildir səhv yolla gedirik"

23-10-2024, 08:48           
Karpin "partladı": "20 ildir səhv yolla gedirik"
"Rostov"un və Rusiya millisinin baş məşqçisi Valeri Karpin ölkə futbolunun səviyyəsinə münasibət bildirib.

O, "Krasnodar"ın forvardı Fyodor Smolovun "YouTube" kanalına danışıb:

"İş Rusiya millilərinin və klublarının beynəlxalq turnirlərdən kənarlaşdırılmasında deyil. Vəziyyətin nə vaxt dəyişəcəyi, bizi nə vaxt beynəlxalq yarışlara qaytaracaqları başqa söhbətin mövzusudur. 2020-də, 2021-də olmuşuq də. Məgər biz yalnız son 3 ildə yanlış yolla gedirik? Biz 20 ildir səhv yolla gedirik".

Qeyd edək, Rusiyanın Ukraynaya hücumundan sonra - 2022-ci ilin fevralında FİFA və UEFA qonşu ölkənin təmsilçilərini bayraqları altında keçirilən bütün turnirlərdən kənarlaşdırıblar. \\Fanat.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru