Eldəniz Əzizli dördqat dünya çempionu oldu

30-10-2024, 08:18           
Eldəniz Əzizli dördqat dünya çempionu oldu
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 55 kiloqramda mübarizə aparan idmançı həlledici mərhələdə İran təmsilçisi Poya Marz ilə qarşılaşıb.

Rəqibinə xalların keyfiyyətinə görə qalib gələn E.Əzizli dördüncü dəfə dünya çempionu olub. O, daha əvvəl 2018, 2022 və 2023-cü illərdə keçirilən dünya çempionatlarında qızıl medal qazanıb.

Bundan başqa, Nihat Məmmədli də finalda qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabıyla qalib gələrək dünya çempionatında qızıl medala sahib çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru