UEFA-dan Real Madridin ittihamlarına cavab

31-10-2024, 11:34           
UEFA-dan Real Madridin ittihamlarına cavab
UEFA prezidenti Aleksander Çeferin Madridin "Real" klubunun quruma qarşı irəli sürdüyü ittihamlara cavab verib.

İqtisadiyyat.az-ın məlumatına görə, Çeferin "Relevo" xəbər portalına bildirib ki, "Real" rəhbərliyinin "Qızıl top" mükafatının klubun oyunçularından birinə verilməməsi ilə bağlı ittihamları onlar haqqında hər şeyi deyir.

O əlavə edib ki, UEFA-nın bu məsələyə dair əlavə şərh verməsinə ehtiyac görmür.

"Real"ın nümayəndələri "Qızıl top" mükafatlandırma mərasimini boykot etmək qərarına gəliblər. Klub rəsmiləri bəyan edib ki, "Qızıl top" mükafatının meyarlarının "Real Madrid" və Braziliya millisinin oyunçusu Vinisius Junioru qalib olaraq seçməməsi təşkilatçıların kluba hörmət etmədiyini göstərir.

2024-cü il üçün ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatının sahibi "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri olub. Tədbir 28 oktyabrda Fransanın Paris şəhərindəki "Şatle" teatrında keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru