"Barselona" futbolçusu ilə yeni müqavilə bağlayıb 1-11-2024, 10:24 İspaniyanın "Barselona" klubu futbolçusu Fermin Lopeslə müqavilə müddətini uzadıb."Report" kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.Müqavilədə 500 milyon avro təzminat maddəsi də yer alıb.Qeyd edək ki, F. Lopes kataloniyalıların heyətində 48 oyunda meydana çıxıb və 11 qol vurub. Facebook-da paylaş