Məşhur futbolçunun 17 yaşlı oğlu "Real Madrid"in əsas heyətində çıxış edəcək

1-11-2024, 16:38           
Məşhur futbolçunun 17 yaşlı oğlu "Real Madrid"in əsas heyətində çıxış edəcək
Sabiq futbolçu Xose Antonio Reyesin oğlu İspaniya çempionu "Real Madrid"in əsas komandasına yüksəlib.

Oxu.Az xəbər verir ki, 17 yaşlı Xose Antonio Reyes Lopes əvəzedicilərin heyətindəki çıxışı ilə buna nail olub.

O, italiyalı baş məşqçi Karlo Ançelottinin rəhbərlik etdiyi kollektivlə birlikdə məşq edəcək.

Qeyd edək ki, onun atası "Sevilya"da karyerasına başlayıb və 2004-cü ildə 17 milyon funt sterlinqə "Arsenal"a keçməzdən əvvəl "Real Madrid", "Atletiko", "Benfika", "Sevilya" və bir sıra digər klubların formasını geyinib. İspaniya millisinin sabiq futbolçusu 2019-cu ildə avtomobil yolunda hərəkət edərkən "Mercedes"inin arxa sol təkərinin partlaması nəticəsində faciəli şəkildə həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru