La Liqada ayın ən yaxşı oyunçusunun adı açıqlandı

2-11-2024, 11:46           
La Liqada ayın ən yaxşı oyunçusunun adı açıqlandı
"Barselona"nın hücumçusu Robert Levandovski bu ilin oktyabrında İspaniya çempionatının ən yaxşı futbolçusu seçilib.

Oxu.Az xəbər verir ki, bu barədə La Liqanın Mətbuat Xidməti məlumat yayıb.

Son bir ay ərzində polşalı forvard İspaniya çempionatının üç matçında meydanda oynayıb və bu oyunlarda yeddi qolu ilə fərqlənib. Ümumilikdə Robert bu mövsüm "Barselona" uğrunda bütün yarışlarda 14 oyunda iştirak edib. Onun aktivində 17 qol və iki məhsuldar ötürmə var.

Levandovskinin klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru