Levandovskinin evi daşqınlar nəticəsində zərər görüb

6-11-2024, 17:54           
Levandovskinin evi daşqınlar nəticəsində zərər görüb
Levandovskinin evi daşqınlar nəticəsində zərər görüb
İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovskinin evi ölkədəki güclü daşqınlar nəticəsində zərər görüb.
Kasteldelfesdə (Kataloniya) yaşayan polşalı futbolçu yollardakı su səbəbindən məşqə getməkdə çətinlik çəkib.

36 yaşlı ön xətt oyunçusunun həyat yoldaşı sosial şəbəkələrdə evlərinin qarajının su altında qaldığını bildirib.

Qeyd edək ki, son məlumatlara görə, İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru